"NATO-Rusiya" sözünə uyğun 1000 nəticə tapıldı!

Serbiya və Rusiya birgə hərbi təlimləri bu həftə yekunlaşacaq

2019/10/12228-1572335450.jpg
Oxunub: 523     18:39     29 Oktyabr 2019    
Serbiya və Rusiyanın “Slavyan Qalxanı 2019” birgə hərbi təlimlərində uzun mənzilli S-400 və qısa mənzilli “Pantsir-S” batareya sistemləri hava hücumlarını dəf etmək üçün müxtəlif sınaqlar keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərin bu həftə yekunlaşacağı planlaşdırılıb.

Rusiya Müdafiə Nazirliyi bazar günü yaydığı açıqlamada bildirib ki, Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı “Batajnika” hərbi bazasında “Pantsir-S” sistemi iki quru və iki hava hədəfini müvəffəqiyyətlə məhv edib.

Qeyd olunub ki, S-400 divizionu və “Pantsir-S” batareyası Rusiya xaricindəki hərbi təlimlərdə ilk dəfə iştirak edir. 6 günlük təlimlər başa çatdıqdan sonra raket sistemləri Rusiyaya qaytarılacaq.

Təlimlərin keçirilməsi zamanı NATO tərəfdaşı olan Serbiyaya öz suverenliyini qorumaq səylərinə hörmət etdiyini açıqlayıb.

Serbiya NATO-nun üzvü olmasa da, tərəfdaşlarından biridir. Açıqlamda qeyd olunub ki, Serbiya özünümüdafiə ilə bağlı suveren qərarlar qəbul etmək hüququna sahibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Rusiya   Təlim