" Nüvə-müqaviləsi " sözünə uyğun nəticə tapıldı!

"Nüvə-müqaviləsi" - (1755 )

Nüvə yarışı Rusiyanın hərbi doktrinasını müəyyən edir

2020/01/F850D-1578570165.jpg
Oxunub: 1064     16:07     09 Yanvar 2020    
Ötən il Karnegi Dərnəyində keçirilən nüvə siyasəti konfransı zamanı Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonova Rusiyanın uduzmaqda olduğu hansısa ənənəvi münaqişədə qalib gəlmək üçün nüvə silahlarından istifadə edib-etməyəcəyi ilə bağlı sual ünvanlanmışdı. Antonov birmənalı olaraq belə bir fikri rədd edərək, onun “nağıl” və “çox sayda saxta xəbər” olduğunu iddi etdi.

Onun cavabı dəqiq olaraq belə idi: “Rusiyanın doktrinasında “birinci istifadəyə yox” konsepsiyası var. Doktrinamızda aydın şəkildə nə vaxt və hansı şəkildə nüvə silahlarından istifadə edə biləcəyimiz göstərilib: Rusiya Federasiyası hücum məruz qaldıqda, Rusiya Federasiyasının və onun müttəfiqlərinin mövcudluğuna təhdid olduqda”.

Antonov Qərb ekspertlərin tez-tez dilə gətirdiyi, Moskvanın hərbi doktrinasında “deeskalasiya üçün eskalasiya” nüvə strategiyasının olması fikri ilə də razılaşmadı. Bu strategiya onu nəzərdə tutur ki, əgər Rusiyanın müdafiə imkanları hansısa münaqişənin daha da böyüməsinin qarşısını ala bilmirsə, baş verən geniş miqyaslı ənənəvi metodlu hücum onun imkanlarını üstələyirsə, bu zaman cavab olaraq məhdud həcmdə nüvə silahlarından istifadə edilsin. Antonov bu məsələ ilə bağlı Rusiyanın ictimailəşdirilmiş bəyanatlarını oxumağı məsləhət gördü.

Rusiyanın hazırkı hərbi doktrinası əgər o, və ya onun müttəfiqləri hətta ənənəvi silahlardan olan təhdid altında qaldıqda belə nüvə silahlarının ilk istifadəsinə icazə verir. Doktrinanın 27-ci maddəsində deyilir: “Rusiya özünə və müttəfiqlərinə qarşı nüvə və ya digər kütləvi qırğın silahlarından istifadəyə cavab olaraq, eləcə də dövlətin mövcudluğunu təhlükəyə qoyacaq ənənəvi silahlarla təcavüz halında nüvə silahlarından istifadə hüququnu özündə saxlayır”.

“American Foreign Policy”nin əməkdaşı Stephen Blanka görə, məsələ burasındadır ki, nəyin dövlətə təhlükə təşkil etməsi və hansı şərtlərdə Rusiyanın nüvə silahlarından istifadə etməsinin müxtəlif növ yozumlarına açıqdır. Moskva davamlı olaraq özünün Qərb tərəfindən təhlükə altında olduğunu bəyan edir. Buna görə də bu doktrina sübut yox, sadəcə məlumat nöqtəsidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə-silahı