"Nüvə-Silahı" sözünə uyğun 399 nəticə tapıldı!

İngiltərə, Almaniya və Fransanın XİN rəhbərləri İranı müzakirə edəcək

2019/08/profi-1567141738.jpg
Oxunub: 325     11:07     30 Avqust 2019    
Böyük Britaniya Xarici İşlər naziri Dominik Raab, Almaniya Xarici İşlər naziri Heiko Maas və Fransa Xarici İşlər naziri Jan-Iv Lö Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə İranı müzakirə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

“Müzakirələrimiz G7-nin İranla bağlı müsbət danışıqlarının dinamikasına əsaslanacaq, çünki gərginliyi azaltmağa çalışırıq. Nüvə sazişi İranın nüvə silahı əldə etməsinə imkan verməyən yeganə razılaşmadır. İranın razılaşmanı tam şəkildə yerinə yetirməsini təmin etmək üçün birlikdə çalışmağa davam edəcəyik”. - deyə Raab bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İngiltərə   XİN   G7