"Modernləşmə" sözünə uyğun 88 nəticə tapıldı!

Hindistanın yeni müdafiə büdcəsi modernləşmə planları üçün kifayət etmir

2019/02/IHLED-1549456579.jpg
Oxunub: 883     16:35     06 Fevral 2019    
Hindistanın 2019-cu il müdafiə büdcəsi 6.87 faizlik artımla 49,68 milyard dollar təşkil edib ki, bunun da modernləşmə tələblərinə tam cavab verməsi üçün kifayət edəcəyi gözlənilmir.

Ordu.az “Defensenews”a istinadən xəbər verir ki, Hindistanda yeni silahların alınması üçün 16.91 milyard dollarlıq vəsait nəzərdə tutulub.

Bildirilir ki, bu il nəzərə çarpacaq dərəcədə artım olmasına baxmayaraq, bu rəqəmlər Hindistanın modernləşmə planları və “Make in India” (“Hindistanda istehsal et”) istehsal planlarının arta bilməsi üçün tələb olunan vəsaitlə üst-üstə düşəcəyi mümkün görünmür.

Qeyd edək ki, bu rəqəmlə digər sahələrdə də artımlar var, lakin artımın əsasən silah alınması və istehsalı üçün xərclənəcəyi nəzərdə tutulur.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Müdafiə-büdcəsi