"Mnatsakanyan" sözünə uyğun 258 nəticə tapıldı!

ABŞ-Ermənistan dialoqunda 16 milyonluq razılaşma baş tutub – DETALLAR

2019/05/news0-1557298358.jpg
Oxunub: 826     10:52     08 May 2019    
İrəvanda Ermənistan-ABŞ strateji dialoq iclası keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu il mayın 7-də İrəvanda Ermənistan-ABŞ strateji dialoq iclası keçirilib.

ABŞ nümayəndə heyətini Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan qəbul edib. Ermənistan nümayəndə heyətinə XİN-nin müavini Qriqor Hovhannisyan rəhbərlik edib, həmçinin tədbirdə Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyan da iştirak edib.

ABŞ nümayəndə heyətinə Avrasiya və Avropa məsələləri üzrə ABŞ Dövlət katibinin müavini Corc Kent rəhbərlik edib. Həmçinin nümayəndə heyətinin tərkibində ABŞ-ın Ermənistandakı səfiri Li Treys və ABŞ beynəlxalq inkişaf agentliyini, ABŞ ticarət departamentini, həmçinin ABŞ Dövlət katibliyinin bir sıra ofislərini təmsil edən yüksək vəzifəli şəxslər də olub.

Ermənistan-ABŞ strateji dialoqunun 2018-ci ilin aprel-may hadisələrindən bir il sonra baş tutduğu qeyd edilir.

Görüş zamanı, ABŞ və Ermənistan arasında iqtisadi artımın dəstəklənməsini və səmərəli idarəetmə məqsədilə 16 milyon ABŞ dolları həcmində maliyyələşməni nəzərdə tutan yardım razılaşmaları da imzalanıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi cari il üçün 6 milyon dollar maliyyələşmə nəzərdə tutulan 2-3 il müddətinə yeni təşəbbüs barədə məlumat verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Maliyyə-yardımı