"Mnatsakanyan" sözünə uyğun 258 nəticə tapıldı!

“Dərinləşən İran-ABŞ böhranı isə Qarabağ münaqişəsi üçün yeni çağırışlar yaradır” – EKSPERTLƏR

2019/06/Haman-3123434966.jpg
Oxunub: 918     15:24     28 İyun 2019    
“Geosiyasi və regional inkişaflara pararel olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesində də vəziyyət olduqca mürəkkəbdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Britaniyalı analitik Neyl Makfarleyn Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşünü şərh edərkən deyib.


Onun sözlərinə görə, burada meydana gələn siyasi təşəbbüslər mövcud vəziyyətə əsaslanmaqla super güclərin diqqətindədir.

“İyunun 21-də ATƏT-in Misk qrupu həmsədrlərinin himayəsi altında Vaşinqtonda Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş baş tutub. ATƏT-in Minsk qrupu görüşdən sonra əldə olunmuş nəticələr haqqında bəyanat yayıb.

Bu bəyanatlar danışıqlar zamanı tərəflərin bir-birinin gündəmini müzakirə etdiyini göstərir, lakin bu, vahid gündəm deyil. Bu münaqişə kifayət qədər vacib regionda yerləşir. Burada meydana gələn siyasi təşəbbüslər mövcud vəziyyətə əsaslanmaqla super güclərin diqqətindədir. Mən bu barədə həmin amili görürəm”,- deyə Makfarleyn bildirib.


MDB ölkələri üzrə institutun direktor müavini Vladimir Yevseyev də açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyət həqiqətən də təhlükəlidir və bundan istifadə etmək istəyən bəzi tərəflər var.

“Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyət, qlobal vəziyyəti pisləşdirməsə də, son illər partlayış təhlükəsindədir. Dərinləşən İran-ABŞ böhranı isə münaqişə üçün yeni çağırışlar yaradır”,- deyə direktor müavini əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ