" Mnatsakanyan " sözünə uyğun nəticə tapıldı!

"Mnatsakanyan" - (270 )

Mnatsakanyan Lavrovla Qarabağı müzakirə edəcək

2018/06/456_1528184544.jpg
Oxunub: 1196     15:34     05 İyun 2018    
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə iyunun 6-da Moskvaya səfər edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

"Rusiyalı həmkarı ilə danışıqlardan başqa Zohrab Mnatsakanyan Rusiyanın qanunvericilik orqanının nümayəndələri ilə, o cümlədən Moskvada təhsil alan erməni tələbələrlə görüş keçirəcək", - deyə Balayan qeyd edib.

O, həmçinin Mnatsakanyanın iyunun 11-də Almatıda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında da iştirak edəcəyini deyib.

Qeyd edək ki, XİN rəhbərlərinin görüş zamanı Qarabağ münaqişəsinin müzakirə ediləcəyi istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Lavrov   Qarabağ   KTMT