"Milli-Qəhrəman" sözünə uyğun 380 nəticə tapıldı!

“Paşinyan Qarabağı inqilabla hədələyir” - Şarmazanov

2019/05/15489-1557493541.jpg
Oxunub: 707     17:04     10 May 2019    
“Nikol Paşinyan yenə də cəmiyyəti inqilabçılar və əks inqilabçılar olmaqla iki hissəyə ayırır və bu dəfə Qarabağı inqilabla təhdid edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə sabiq iqtidar partiyası, Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, tarix bu gün bizə müxtəlif hayküylü xadimləri xatırladır: “Hansılar ki, hakimiyyətə gəldikdən sonra islahatlar aparmaq və ictimaiyyəti birləşdimək əvəzinə əks fəaliyyətə yol verərək, ölkə daxilində bölücü xətlər çəkib və iş görmək əvəzinə represiyalar aparıb”.

Şarmazanov belə tarixi faktlara nümunə olaraq Rusiyada bolşevikləri və ya Almaniyada, İtaliyada milli sosialistləri, yaxud faşistləri göstərib.

“Çox təəssüf ki, eyni xətt üzrə Ermənistanın inqilab komitəsinin rəhbəri Paşinyan da hərəkət edir. 9 mayda bütün xalqı birləşdirməli olan may bayramı günləri idi.

Lakin gəlin görün işğal altında olan Qarabağda “milli qəhrəmanlar”ın yüksək dəyərləndirilməsi dövrümüzün diktatorunun xoşuna gəlməyib. Bu reallıqdan əsəbləşən Nikol ictimaiyyəti növbəti dəfə inqilabçılar və əks inqilabçılar olmaqla ikiyə bölür və bu dəfə Qarabağı inqilabla təhdid edir.

Sağa sola təhdid etməyin, məqsədyönsüz mətbuat konfranslarında bağırmağın və uşaqlıq arzuları həyata keçməyən ləçər uşaq kimi özünü aparmağın artıq yetərlidir. Nəhayət sənin fikrini bölüşməyən insanların olduğu və sənin hörmətsiz addımların nəticəsində artacağı ilə barışmalısan. Bu insanlar sənin keyfiyyətsiz və məzmundan kənar kabab yeməyin, asfalta sərməyin, bağırmağın, velosiped sürməyin siyasəti ilə həmrəy deyillər.

Hələki prinsipial xadimlər və insanlar olduğunu dərk etməyin zamanıdır.
Canavar üzərinə qoyun dərisi keçirib,
Quzuları qoruyan nəzarətçiyə çevrilib.
Xoruz təbliğatçı geyimi əynində
Tribunaya çıxıb, ağıl aşılayır”, - deyə Şarmazanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: