"Mayk-Pompeo" sözünə uyğun 259 nəticə tapıldı!

“Əfqanıstandakı fəaliyyətimizi bacardığımız qədər tez məhdudlaşdıracağıq” - Pompeo

2019/07/16031-1564569260.jpg
Oxunub: 541     15:00     31 İyul 2019    
“Biz Əfqanıstandakı əməliyyat fəaliyyətimizi bacardığımız qədər tez məhdudlaşdıracağıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibib Maykl Pompeo deyib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması yaxın vaxtlarda reallaşa bilər.

“ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağı dəqiq tarix müəyyən edilməyib, lakin Ağ Ev bunu qısa müddətə etmək niyyətindədir. ABŞ hərbçilərinin mövcudluğu müddətini azaldılması Əfqanıstanda terrorçuluğun aradan qaldırılması planına uyğun olmalıdır”, - deyə Pompeo bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pompeo   Əfqanıstan