"Mayis-Bərxudarov" sözünə uyğun 32 nəticə tapıldı!

Xocavənddə şəhidlərin xatirəsi yad edilib - FOTOLAR

2019/02/53020-21716351608.jpg
Oxunub: 1859     11:55     26 Fevral 2019    
2017-ci il fevral ayının 25-dən 26-sına keçən gecə cəbhənin Xocavənd rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenant Tural Ədül oğlu Haşimli, baş leytenant Şahlar Yaşar oğlu Nəzərov, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgər Zakir Nazim oğlu Cəfərovun anım mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş mərasim Xocavənd qəsəbəsində keçirilən mərasimdə beş şəhidin doğmaları ilə yanaşı ordu birliyi komandiri, general-mayor Mayıs Bərxudarov, N saylı hərbi hissənin şəxsi heyəti, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, habelə müharibə əlilləri və veteranları da iştirak ediblər.


Xocavənd qəsəbəsində inşa edilmiş şəhidlər abidə kompleksi önünə toplaşan insan izdihamı abidəni ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Sonra abidə kompleksinin ərazisində hər bir şəhidin xatirəsinə, şəhid ailələrinin istirakı ilə ağac əkilib. Bundan sonra mərasim Xocavənd rayon Mədəniyyət evində davam edib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürən tədbirdə hər beş şəhiddən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə general-mayor Mayıs Bərxudarov, rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov, anım tədbiri keçirilən şəhid doğmaları çıxış ediblər.


Çıxışlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolundan, ölkə rəhbərliyinin orduya və o cümlədən şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açılıb. Hər bir şəhid haqqında xatirələr dilə gətirilib. Bundan başqa şəhidlərin ruhuna ehsan süfrəsi təşkil olunub.











Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Tədbir