"MKİ" sözünə uyğun 227 nəticə tapıldı!

Bu gün Milli Qəhrəmanımızın anım günüdür

2019/05/10257-1557391858.jpg
Oxunub: 1312     12:50     09 May 2019    
Bu gün Azərbaycan Milli Qəhrəmanı Mehman Sayadovun anım günüdür.

Ordu.az-ın məlumatına görə, Mehman Qəzənfər oğlu Sayadov 1972-ci il noyabrın 21-də Qərbi Azərbaycanın Vardenis rayonu Günəşli kəndində anadan olub.

1988-ci ildə ailəsi ilə birlikdə qaçqın kimi Samux rayonu Sərkar kəndinə gəlir. O, 1991-ci ilin noyabrında “Azərbaycan Qarabağı” könüllü batalyonun tərkibində cəbhəyə yola düşür, Şuşa rayonunun kəndlərinin müdafiəsində əsl qəhrəmanlıq göstərir, Kosalar və Nəbilər kəndlərinin müdafiəsində yoldaşları ilə birlikdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv edir.

Bundan hiddətlənən erməni yaraqlıları xeyli canlı qüvvə toplayaraq yenidən Nəbilər kəndinə hücuma keçirlər. Batalyon böyük bir qüvvə ilə döyüşə girməli olur. Bir neçə istiqamətdən hücum dairəsini genişləndirən erməni faşistləri bizimkiləri mühasirəyə salırlar. Cəsur döyüşçülər özlərini itirmir, mühasirə halqasını bircə anda itki vermədən yarmağa müvəffəq olurlar.

1992-ci il mayın 9-da Nəbilər kəndi yaxınlığında sona qədər vuruşan Sayadov, 10-dan artıq ermənini məhv edir və qəhrəmanlıqla həlak olur.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Qəhrəman   Mehman-Sayadov