" Məzarlıq " sözünə uyğun nəticə tapıldı!

"Məzarlıq" - (22 )

Mosulda İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb

2017/11/orig-151143345013a97a87f0878ad706a54e9cfac78c4445645_1511446300.jpeg
Oxunub: 1363     22:10     23 Noyabr 2017    
İraq təhlükəsizlik qüvvələri Mosulda 73 yezidi cəsədinin dəfn edildiyi məzarlıq aşkarlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Qərb informasiya agentlikləri xəbər yayıb.

Məlumata görə, İraq hərbçiləri İŞİD terror qruplaşmasının qurbanlarından ibarət daha bir kütləvi məzarlıq aşkarlayıblar. Məzarlıqda uşaqlar və qadınlar da olmaqla, 73 cəsəd aşkarlanıb. Tapılan cəsədlərin hamısı yezidilərə məxsusdur.

Bildirilir ki, İraqın hərbi xidmətçiləri bu məzarlığı Mosul qərbində yerləşən Qəhtaniyə yaşayış məntəqisinin yaxınlığında tapıblar.
Daha öncə xəbər verilirdi ki, İŞİD 15 minə qədər insanı edam ediblər, onların cəsədləri isə 72 müxtəlif kütləvi məzarlıqda aşkarlanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mosul   İŞİD   Terror