"Məxfi-sənəd" sözünə uyğun 82 nəticə tapıldı!

Ermənistanda Müdafiə Nazirliyinin əməkdaşları dindirilməyə cəlb edilir

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 710     12:08     26 İyul 2019    
“Müdafiə Nazirliyinin əməkdaşlarından biri istintaq komissiyasının qonağı və ya belə deyək, istintaq mövzusu olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, 2016-cı il aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyası ötən gün iclas keçirib.

“Məlum olduğu kimi, heç vaxt hər hansı şəxs tərəfindən informasiya sızdırılmasının mümkün olmaması üçün istintaq komissiyası öz iclaslarını “juçoklardan uzaq” xüsusi otaqda və tam məxfi şəraitdə keçirir. Müdafiə Nazirliyinin əməkdaşlarından biri istintaq komissiyasının qonağı və ya belə deyək, istintaq mövzusu olub. Komissiya üzvləri onu dindiriblər. Komissiyanın bütün üzvləri həmin şəxsə suallar ünvanlayıblar. 2016-cı ilin 1-2 aprel tarixlərində yaranmış vəziyyətlə bağlı ətraflı məlumat əldə etməyə çalışıblar”, - deyə nəşr bildirib.

Nəşr qeyd edib ki, Müdafiə Nazirliyinin əməkdaşının kim olduğu yaxın günlərdə mətbuata sızdırılacaq.

“Müdafiə Nazirliyinin əməkdaşının kim olduğu və hansı suallar verildiyinə gəldikdə isə bəzi hərbi sirrlərin təhlükəsini nəzərə alaraq bunu açıqlamırıq. Lakin istənilən halda qeyd edək ki, eyni qaydada Müdafiə Nazirliyindən öncədən tələb edilən bir sıra sənədlər komissiya üzvləri tərəfindən araşdırılır”, - deyə “Joğovurd” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel-döyüşləri