"Mərmi" sözünə uyğun 629 nəticə tapıldı!

Samuxda aviabomba aşkar edilib

2019/06/ae443-1561381429.jpg
Oxunub: 355     17:45     24 İyun 2019    
Daxili İşlər Nazirliyindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinə (ANAMA) Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub.

Bu barədə Ordu.az-a Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samux   ANAMA