"Münbic" sözünə uyğun 203 nəticə tapıldı!

Türkiyə Müdafiə naziri ABŞ senatorunu qəbul edib

2019/01/thumb-1547882302.jpg
Oxunub: 974     11:17     19 Yanvar 2019    
Türkiyə Müdafiə naziri Hulusi Akar Ankarada amerikalı senator Lindsi Qrahamı qəbul edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyənin Münbicdə planlaşdırdığı əməliyyat və digər məsələlər müzakirə edilib.

“Münbiclə bağlı verilən vədlər tutulmadı, YPG və PKK bir medalın iki üzüdür və Türkiyə PKK/YPG, İŞİD və FETÖ-yə qarşı mübarizə aparır”, - deyə Hulusi Akar bildirib.

O, həm də Türkiyənin öz cənub sərhədləri boyunca bir terror dəhlizinin formalaşdırılmasına imkan verməyəcəyini və iki ölkənin birlikdə işləyərək bu problemi aradan qaldıra biləcəyinə inandığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   YPG   Münbic