" Müdafiə-Nazirliyi " sözünə uyğun nəticə tapıldı!

"Müdafiə-Nazirliyi" - (15098 )

Koronovirusa yoluxan daha 3 erməni kursant hospitala yerləşdirilib

2018/01/IMG-20180116-WA0023_1516117354.jpg
Oxunub: 1210     16:23     29 Mart 2020    
Dünya ölkələrində sürətlə yayılan koronovirus infeksiyası Ermənistan silahlı qüvvələrinin işğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən bölmələrində də yayılmaqda davam edir.

Bu xəstəliyə artıq 3 nəfər hərbi qulluqçunun yoluxması barədə Ermənistan Müdafiə naziri David Tonoyan da məlumat verib.

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən hərbi hissələrdə koronovirusun olmaması barədə Ermənistan rəhbərliyinin dəfələrlə yalandan bəyanatlar verməsinə baxmayaraq, məlum olub ki, xəstəliyə yoluxan hərbi qulluqçular və onların ailə üzvləri Hadrut şəhərindəndir.

Bu günlərdə sosial şəbəkələrdə yayılan başqa bir məlumatda isə bildirilir ki, Üçmüədzin şəhərindən tədrisdən qayıdan 3 kursant təcili olaraq Xankəndinə hərbi hospitala yerləşdirilib. Müayinələr zaman T.Jaro adlı hərbi qulluqçunun suçiçəyi tutduğu, adları gizlədilən digər iki hərbi qulluqçunun isə koronavirusa yoluxduğu ortaya çıxıb. Məlumatı hərbi hissənin “Hrac” ləqəbli hərbi həkimi təsdiq edib.

Xatırladaq ki, ən çox koronovirusa yoluxma halının məhz Üçmüədzin şəhərində qeydə alınması barədə Ermənistan mətbuatı məlumat vermişdi. Burada çoxlu sayda insanın virusa yoluxmasına səbəb isə İrandan təhsildən qayıdan keşişlərin Üçmüədzin kilsəsində əhali arasında dini ayinləri yerinə yetirmələri olub. Dini ayinə çoxlu sayda hərbi qulluqçuların da qatılması bildirilir.

Əhalini hiddətləndirən isə koronovirusa yoluxan hərbçilərin vəziyyəti ilə bağlı valideynlərin narahatlığına Ermənistan Müdafiə Nazirliyi tərəfindən məhəl qoyulmamasıdır.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Koronavirus