" Lavrov " sözünə uyğun nəticə tapıldı!

"Lavrov" - (423 )

Erməni KİV-ləri: Lavrov erməni-türk münasibətləri barədə təsadüfən danışmayıb

2019/11/lavro-1573552705.jpg
Oxunub: 683     15:57     12 Noyabr 2019    
Ötən gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda Nikol Paşinyanla görüşdü. Ermənistanın Xarici İşlər naziri ilə birlikdə mətbuat konfransı zamanı Lavrov Qarabağ məsələsinin danışıqlar prosesinə birtərəfli şəkildə toxunan Lavrov, çıxışında Ermənistan üçün vacib əhəmiyyətə malik olan mövzu ətrafında da danışdı: söhbət Ermənistan-Türkiyə münasibətlərinin nizama salınmasından gedir.

“Biz Ermənistan və Türkiyə arasında mövcud olan problemlərin aradan qaldırılmasını hər cür dəstəkləyirik, 2010-cı ildə biz Sürix protokollarının imzalanmasına ən aktiv şəkildə töhfə vermişik”, - deyə Lavrov qeyd edib.

Erməni KİV-lərinin məlumatına görə, mövzu təsadüfən səsləndirilməyib. Məlumatlara görə, Lavrovun səfərindən sonra erməni-türk əlaqələrinin nizama salınmasının yeni prosesi ilə bağlı yanaşmalar müxtəlif ekspert dairələri tərəfindən dövriyyəyə qoyulacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan