" Lavrov " sözünə uyğun nəticə tapıldı!

"Lavrov" - (423 )

“Vaşinqtonun raket əleyhinə müdafiə sistemi strateji sabitliyə zərbə vurur” – Lavrov

2017/10/lavrov_1508502865.jpg
Oxunub: 2057     20:33     20 Oktyabr 2017    
“Vaşinqtonun raket əleyhinə müdafiə sistemini qurmaq üçün atdığı addımlar strateji sabitliyə zərbə vurur”.

Ordu.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada nüvə silahının yayılmaması ilə bağlı keçirilən konfransda bildirib.

O, çıxışında bəzi ölkələrin, eləcə də hərbi və siyasi ittifaqların silahlanma balansı üzrə mövcud tarazlığını pozmaq cəhdlərinin çox təhlükəli göründüyünü qeyd edib.

"Onların siyasi məsələlərdə istədiklərinə nail olmaq üçün, hərbi üstünlük qazanması və güc tətbiq etməsi strateji sabitliyi əhəmiyyətli dərəcədə zəiflədir. Bu mövzuda başlıca məsələlərdən biri, ABŞ və onun Avropadakı müttəfiqləri, Asiya-Sakit okean regionunda və digər bölgələrdə qlobal raket müdafiə sisteminin yaradılması və onun elementlərini Rusiya və Çin sərhədlərinə yaxınlaşdırmaq cəhdləri ilə bağlıdır", - deyə Rusiya XİN başçısı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: #Lavrov   #açıqlama