" Laçın " sözünə uyğun nəticə tapıldı!

"Laçın" - (170 )

“Sasna Tsrer”: Paşinyan Qarabağ məsələsində zidiyyət bataqlığında batır

2019/12/pashi-1576233227.jpg
Oxunub: 527     12:57     25 Dekabr 2019    
“Dünən, 2019-cu il dekabrın 23-də baş tutmuş təhlükəsizlik şurası iclası zamanı Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar bu nəticəyə gəlməyə vadar edir ki, o, xüsusilə Qarabağ məsələsində ziddiyət bataqlığında batır”.

Ordu.az xəbər verir ki, bu Ermənsitanın “Sasna Tsrer” partiyasının yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda, həmçinin deyilir ki, o, “Qarabağ Ermənistandır, vəssalam” bəyanatına paralel olaraq Qarabağın Ermənistandan ayrılmasını və Ermənistanın hesabına subyektləşməli olduğunu, buna görə də oradakı “seçkiləri” teatrını qınayanların sülhə təhlükə yaratdığını iddia edir.

“Bu ziddiyət o qədər dərinləşib ki, utancverici nəticəyə çatıb, Baş nazir Milli Təhlükəsizlik Şurasının iclasını “1 Mart” və “Laçın qırğınının” (Jirayr Sefilyan və tərəfdarlarının polis tərəfindən döyülməsi – red.) cəlladı, bədnam general Samvel Karapetyanla (Oqanovski) birlikdə keçirir. Biz bənzər siyasəti qınayırıq və iddia edirik ki, o, Ermənistanın suverenliyinə ciddi təhlükə yaradır, Moskva və Bakının su dəyirmanını su ilə doldurur”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Böhran