"Kipr" sözünə uyğun 77 nəticə tapıldı!

Ərdoğan yeni prezidentlik dövrünə NATO sammiti ilə başlayacaq

2018/07/189748949841984984_1531126677.jpg
Oxunub: 1437     16:56     09 İyul 2018    
NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sabah başlayacaq sammiti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni beş illik prezidentlik dövründə qatıldığı ilk beynəlxalq tədbir olacaq.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bu gün yerli vaxtla 16:00-da Türkiyə Böyük Millət Məclisində and içəcək.

Öncəki Türkiyə prezidentlərinin ənənəsinə uyğun olaraq sabah bir günlük səfər çərçivəsində Şimali Kipr və Azərbaycana gələcək olan Ərdoğan daha sonra NATO-nun sammitinə qatılmaq məqsədilə Brüsselə səfər edəcək.

NATO sammiti zamanı Ərdoğanın ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Britaniya Baş naziri Tereza Meylə bir araya gəlməsi gözlənilir.

O, bəzi NATO dövlətlərinin PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstəyini və Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri alma qərarını müzakirə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə   Ərdoğan