"Kim-Çen-Nam" sözünə uyğun 102 nəticə tapıldı!

ABŞ və C.Koreya hərbi təlimlərlə bağlı planı sammitdən sonra açıqlayacaq

2019/02/20190-1549605258.jpg
Oxunub: 732     11:58     08 Fevral 2019    
Birləşmiş Ştatlar və Cənubi Koreya ənənəvi olaraq yazın əvvəlində keçirilən birgə hərbi təlimlərlə bağlı planlarını Tramp-Kim sammitindən sonra elan edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətindən olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, buna səbəb kimi iki lider arasındakı görüş və onun nəticələrinin hərbi təlimlərdən təsirlənmə ehtimalının qarşısını almaqdır. Eyni zamanda sammit zamanı bu təlimlərin ləğvi və ya ertələnməsi barədə qərar verilə biləcəyi güman edilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla onun Şimali Koreyadan olan həmkarı Kim Çen Inın bu ayın 27-28 tarixlərində Vyetnamda ikinci sammitdə bir araya gəlməsi planlaşdırılır. Onlar arasındakı ilk sammit isə ötən il iyunun 12-də Sinqapurda baş tutub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya