"Kim-Çen-In" sözünə uyğun 503 nəticə tapıldı!

Şinzo Abe ABŞ və KXDR liderlərinin növbəti görüşünü alqışladığını bildirib

2019/07/japan-1561961734.jpg
Oxunub: 483     11:08     01 İyul 2019    
“ABŞ Prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə növbəti görüşünü alqışlayıram”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Şinzo Abe deyib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqların davam etdirilməsi alqışa layiq addımdır.

“Yaponiya ABŞ ilə Şimali Koreya arasında davam edən prosesi alqışlayır. Ümid edirəm ki, hazırkı yüksəksəviyyəli danışıqlar davam edəcək”, - deyə Abe bildirib.

Xatırladaq ki, iyunun 30-da ABŞ Prezidenti Donald Tramp gözlənilmədən KXDR lideri Kim Çen In ilə görüşüb. Görüş ilk dəfə olaraq Koreya Respublikası ilə KXDR arasındakı hərbi-demarkasiya xəttində, Pxanmuncon məntəqəsində baş tutub. Buna qədər liderlər Vyetnamda və Sinqapurda bir araya gəliblər.

Yaponiyanın Osaka şəhərində G20 liderlərinin sammitindən sonra Koreya Respublikasına səfər edən ABŞ Prezidenti özünün “Twitter” səhifəsində Kim Çen Ina qısa görüş keçirməyi təklif edib.

Bu görüşdən dərhal sonra Şinzo Abe keçmişdə oğurlanmış yapon vətəndaşları ilə əlaqədar problemi həll etmək üçün Kim Çen In ilə görüşmək istədiyini bir daha təsdiq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR   ABŞ   Tramp