" Kibertəhlükəsizlik " sözünə uyğun nəticə tapıldı!

"Kibertəhlükəsizlik" - (162 )

Qlobal kibertəhlükəsizlik bazarı: 2018-2025

2018/09/15342343653963461592_1000x669_1536326400.jpg
Oxunub: 1331     21:20     07 Sentyabr 2018    
Kiber sahədə ortaya çıxan təhlükələrin miqyası genişləndikcə ölkələr bu mövzunu öz gündəmlərində daha yksək yerlərə çəkirlər ki, bu da bazarın inkişafını şərtləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “İndustry Today” jurnalının yayımladığı məqalədə qeyd olunub.

Bildirilib ki, bu sahədə hazırda başlıca aparıcı ölkələr ABŞ və Böyük Britaniyadır ki, bu ölkələr də birlikdə bütün bazarın üçdə birini formalaşdırırlar.

Xüsusilə ABŞ-ın Kiber Komandanlıq yaratmaqla bağlı planları Amerika mərkəzli şirkətlərin əhəmiyyətini xüsusilə artıran səbəblərdən olub.

Məlumata əsasən, son illərdə orta hesabla 23 faizlik artım dinamikası nümayiş etdirən bazarda ən nəhəng şirkətlər “Lockheed Martin”, “Raytheon”, “BAE Systems” və IBM-dir.

Həmçinin bu rəqəmin qarşıdakı 7 ildə azı 25 faizlik həddin üzərində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, olduqca strateji mövzu olduğundan dolayı sektorla bağlı bir sıra rəsmi rəqəmlər açıqlanmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kibertəhlükəsizlik-bazarı