" Kibertəhlükəsizlik " sözünə uyğun nəticə tapıldı!

"Kibertəhlükəsizlik" - (162 )

ABŞ QQ-nin alimləri kibertəhlükəsizlik taktikası üzərində işləyirlər

2018/11/talib-1542895003.jpg
Oxunub: 851     22:23     22 Noyabr 2018    
ABŞ Quru Qoşunlarının Tədqiqat Laboratoriyasından olan alimlər informasiyanın ötürülməsi zamanı onun təhlükəsizliyini təmin etmənin yeni yolunu tapıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə laboratoriyanın Hesablama və İnformasiya Elmləri bölməsinin rəhbəri Brayn Kirbi bildirib.

Tədqiqat qrupu fiber optik telekommunikasiya əlaqələri ilə göndərilən kvant informasiya parçalarından meydana gələn səsləri filtirləşdirmənin yollarını araşdırıb. Nəticədə isə filtirləmənin mütləq şəkildə qəbuledici tərəfindən edilməli olmadığı qənaətinə gəliblər.

Kirbi bildirib ki, informasiyanın kodlaşdırıldığı kvant vəziyyətinin təbiəti elədir ki, filtirləmə şəbəkənin müxtəlif hissələrində daha asanlıqla həyata keçirilə bilər. Buna görə də, konkret marşurut üzrə göndərilən kvant informasiyanı sabitləmək məqsədilə, bir filtiri müxtəlif marşurutdan istifadə edən kvant informasiyaya tətbiq etmək olar.

Lazerlər, kvant optikası, fotoniklər və nanofizika sahəsindəki ən yeni texnoloji nailiyyətlər miniatür kvant sistemlərinin idarə edilməsi və manipulyasiyası üçün tədqiqatçılara yeni imkanlar qazandırıb.

Qeyd edək ki, ABŞ QQ-nin tədqiqat laboratoriyası özünün kvant informasiya elmi tədqiqat sahəsində üstünlüyünü qorumaq məqsədilə davamlı olaraq bu sahəyə ciddi vəsait ayırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kibertəhlükəsizlik