"Keşikçidağ" sözünə uyğun 9 nəticə tapıldı!

Azərbaycanın “Keşikçidağ”la bağlı rəsmi mövqeyi AÇIQLANDI

2019/05/Kecik-1557493723.jpg
Oxunub: 1373     17:07     10 May 2019    
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ”la bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir xatırladıb ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur: "Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil, dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər. Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Təbii ki, sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək".

XİN rəsmisi bundan əlavə, qeyd edib ki, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcud olub.

"Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir. Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik".

X.Xələfov əlavə edib ki, səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına ziddir: "Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz. Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keşikçidağ   Xələf-Xələfov