"Kıran-5" sözünə uyğun 6 nəticə tapıldı!

Türkiyə SQ ən çox axtarılan iki PKK üzvünü məhv edib

2018/02/501_1517561628.jpg
Oxunub: 1058     17:02     02 Fevral 2018    
Türkiyə jandarmeriyasının xüsusi təyinatlıları xüsusi əməliyyat çərçivəsində PKK-nın 4 üzvünü məhv edib.

Ordu.az “Haberturk” telekanalına istinadən xəbər verir ki, terrorçulardan ikisi Daxili İşlər Nazirliyinin ən çox axtarılan cinayətkarları siyahısından olan şəxslərdir.

Məlumata görə, əməliyyat Diyarbəkir vilayətində həyata keçirilib. Məhv edilən terrorçular arasında 33 yaşlı Murat Uçer də var. O, PKK-da yüksək yüksək vəzifə sahibi olub. Türkiyə DİN onun haqqında məlumat verən şəxsə 1,5 milyon lirə mükafat müəyyənləşdirmişdi. Murat Uçer Türkiyənin cənub-şərqində həyata keçirilən 10 terror hadisəsində təqsirli bilinirdi və bu partlayışlar nəticəsində 18 nəfər ölüb, daha 60 nəfər isə yaralanıb.

Məhv edilən digər terrorçu isə Vəli Taşkırandır. O, PKK-nın regioanl koordinatorlarından biri olub.

Əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri üç avtomat, əl qumbaları, tapança və PKK sənədləri aşkarlayaraq müsadirə ediblər.

Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-SQ   PKK