"Körfəz" sözünə uyğun 289 nəticə tapıldı!

İran dəniz səfərbərliyi ilə bağlı planını açıqlayıb

2019/09/10558-1569582268.jpg
Oxunub: 1577     16:21     27 Sentyabr 2019    
İran İslam İnqilabı Keşikçiləri Korpusu cümə axşamı günü İranın cənubundakı sahil bölgələrinin sakinlərini qorumaq dəniz səfərbərliyi planını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin rəisi, admiral Alireza Tanqsiri bildirib.

O qeyd edib ki, hər birində 50 gəmi olmaqla 51 donanmanın dəniz səfərbərliyində iştirak etməsi planlaşdırılır.

Tanqsiri həmçinin bildirib ki, İran indiyə qədər Fars körfəzində 32 dalğaqıran inşa edib və yaxın zamanda bunun sayı 200-ə çatdırılacaq.

Planın sakinlərlə əlaqəli hissəsində isə təhlükəsizlik üçün evlərin tikilməsi və iş yerlərinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərək, regional təhlükəsizliyi təmin etmək üçün Fars körfəzində və Hörmüz boğazında “Ümid Koalisiyası” yaratmağı təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   HDQ