" Köçəryan " sözünə uyğun nəticə tapıldı!

"Köçəryan" - (316 )

Ermənistan Müdafiə naziri orduda imtiyaz və cinayət submədəniyyəti elementlərinin mövcud olduğunu inkar etməyib

2020/02/image-1582113908.jpg
Oxunub: 712     15:12     20 Fevral 2020    
Fevralın 18-də Ermənistan parlamentinin İnsan hüquqları daimi komissiyasının sədri Naira Zöhrabyanın təşəbbüsü ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanla görüş təşkil olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə insan hüquqları komissiyasından başqa, parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının üzvləri də iclasda iştirak edib.

Komissiyanın sədri, “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryan iclasın onun nəzarətindən çıxmaması və Baş Qərargah rəisinə yönəlmiş xoşagəlməz sualların qarşısını almaq üçün hər şeyi “Çiçəklənən Ermənistan” partiyasından olan yoldaşının öhdəliyinə buraxmamağa çalışıb. Belə də olub.

Məlumata görə, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryan bütün iclas zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyana “pis” sual verilməsinə icazə verməməyə çalışıb, hətta bəzi deputatların sualları ilə bağlı “bu nə suallardır verirlər” deyərək istehzalı replikalar edib.

Jurnalistlərin “Məgər orduda barəsində Baş nazirin bu qədər danışdığı cinayət submədəniyyəti təzahürü var?” sualına cavab olaraq Davtyan orduda imtiyaz və cinayət submədəniyyəti elementlərinin mövcud olduğunu inkar etməyib.

“Bunun cavabları cinayət işi çərçivəsində verilməlidir, lakin ümumi, böyük, təsəvvür etdiyimiz qlobal elementlər, əlbəttə, cəmiyyətdə olduğu kimi mövcuddur. Və hansısa hadisələr dediyimiz anlayışla cəmiyyətdə ola, orduda olmaya bilməz. Əlbəttə, var. Və bu məsələ üzrə qapalı görüşdə kifayət qədər çox məsələlər, açıqlamalar oldu və işləməyə kifayət qədər çox sahəmiz var”, - deyə Davtyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Submədəniyyət