"Hudeydə" sözünə uyğun 99 nəticə tapıldı!

Qiyamçılar Hudeydə və Cizəndə hücumlar həyata keçirib

2018/11/432_1-1543404066.jpg
Oxunub: 678     15:17     28 Noyabr 2018    
Husilər Hudeydə və Cizənin bir neçə istiqamətində Səudiyyə liderliyindəki koalisiya qüvvələrinə hücuma keçib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı husilərə yaxın mənbələr yayıb.

Bildirilir ki, qiyamçılarıın Hudeydə və Cizəndə bir neçə istiqamətdə Səudiyyə liderliyindəki koalisiyasının mövqelərinə həyata keçirdiyi hücumlar nəticəsində bir neçə koalisiya əsgəri ölüb və yaralanıb.

Yayılan məlumatda qeyd olunub ki, Hudeydədə qiyamçılar hərbi nəqliyyat vasitəsini atəşə tutublar. Nəqliyyat vasitəsindəki hərbçilər arasında ölü və yaralıların olduğu bildirilir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən