" Hidrogen-bombası " sözünə uyğun nəticə tapıldı!

"Hidrogen-bombası" - (29 )

“Pxenyan öz nüvə gücünün inkişafını uğurla yüksəldir” - Kim Çen In

2017/12/54744151484_1513966627.jpg
Oxunub: 1104     02:16     23 Dekabr 2017    
“Bütün çətinliklərə baxmayaraq Pxenyan öz nüvə gücünün inkişafını uğurla yüksəldir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu KXDR rəhbəri Kim Çen In bildirib.

Hakim Koreya Fəhlə Partiyasının görüşündə çıxış edən Kim Çen In bildirib ki, ölkəsi təminat qıtlığına və digər çətinliklərə baxmayaraq, müstəqil siyasət yeritmək, iqtisadiyyatda və müdafiədə özünə güvənməklə yoluna davam edir.

Koreya yarımadasında şiddətin artdığı bir dövrdə həftə ərzində üçüncü dəfədir ki, Kim Çen In KXDR-in nüvə və raket proqramının uğurlarından danışıb.

KXDR bu il ərzində hidrogen bombasının və 3 qitələrarası ballistik raketlər də daxil olmaqla bir neçə dəfə ballistik raketlərin sınağını keçirib. Bu da BMT TŞ-nin sanksiyalar tətbiq etməsinə gətirib çıxarıb.

Ötən ayın sonunda “Xvanson-15” raketinin sınaq atışını həyata keçirən Şimali Koreya ABŞ-ın istənilən nöqtəsini vurmağa qadir olduğunu elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Xvason-15   Nüvə