"Hibrid-müharibə" sözünə uyğun 63 nəticə tapıldı!

“NATO Ukraynanın alyansa qoşulma səylərindən razıdır” - Pristayko

2019/01/26305-1547538466.jpg
Oxunub: 481     11:46     15 Yanvar 2019    
“NATO Ukraynanın alyansa qoşulmaq üçün göstərdiyi səylərdən razıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın NATO-dakı nümayəndəliyinin rəhbəri Vadim Pristayko bəyan edib.

O, Ukrayna Xarici İşlər naziri Pavlo Klimkinin Ukraynanın NATO-ya qoşulmasının 30 ilə başa gələcəyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, 30 rəqəmi NATO ilə bağlı simvolik bir rəqəmə çevrilib.

“Kerç hadisəsi zamanı NATO “4-dən 30-a” layihəsini irəli sürdü. Yəni, 30 batalyon, 30 gəmi, 30 eskadriliya və s. Bu sadəcə alyansla bağlı formalaşmış bir şablon rəqəmdir”, - deyə o bildirib.

Pristayko Ukraynanın qarşısındakı bir nömrəli məqsədin hibrid müharibəni qazanmaq və bunun nəticəsi olaraq da alyansın ən güclü üzvlərindən birinə çevrilmək olduğunu vurğulayıb.

O qeyd edib ki, konstitusiyaya fevralda edilməsi gözlənilən dəyişikliklər Ukraynada siyasi qüvvələr arasında konsessus olduğunun göstəricisidir.

“NATO, təbii ki, bununla bağlı rəsmi münasibət bildirməyib və dəyişikliklərin Ukrayna xalqının məsələsi olduğunu düşünür. Lakin alyans Ukraynanın öz gələcəyini NATO-da görməsindən olduqca razıdır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna