" Haubitsa " sözünə uyğun nəticə tapıldı!

"Haubitsa" - (44 )

Rusiya “Tornado-S” sistemlərindən istifadə edəcək

2018/11/46728-1542981100.jpg
Oxunub: 1101     19:05     23 Noyabr 2018    
Bu ildən etibarən Rusiya “MLRS” raket sistemlərini “Tornado-S” ilə əvəzləyəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Raket Qoşunları və Artilleriya Qüvvələrinin rəisi Mixail Matveyevski bildirib.

Onun sözlərinə görə, modernləşdirilmiş özüyeriyən haubitsa olan “2s19M2 Msta-SM”lar taktiki səviyyədə vahid idarəetmə sistemi və döyüş maşınını avtomatik olaraq hədəfə yönləndirən yeni platformalarla inteqrasiya edilib.

Qeyd edək ki, silahın nümunələri artıq Mixailovski Hərbi Artilleriya Akademiyasına aparılıb və hərbçilərin təlimi zamanı istifadə edilir.

Rus briqadalarının “Tornado-S”, həmçinin də “İsgəndər-M” sistemləri ilə təmin edilməsinin 2020-ci ilədək tamamlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   TORNADO   MRLS