"Hərbi-lisey" sözünə uyğun 139 nəticə tapıldı!

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - FOTOLAR

2019/09/c8986-1568472060.jpg
Oxunub: 1041     18:00     14 Sentyabr 2019    
Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətinin, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Təntənəli mərasimlərdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-Nazirliyi