" Hərbi-diplomatiya " sözünə uyğun nəticə tapıldı!

"Hərbi-diplomatiya" - (18048 )

Hərb Tarixi Muzeyində “Erməni vəhşəti - Xocalı soyqırımı!” adlı anım tədbiri keçirilib

2020/02/15826-1582621734.jpg
Oxunub: 439     13:30     25 Fevral 2020    
XX əsrin ən qəddar və dəhşətli hadisələrindən olan Xocalı faciəsi erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin növbəti səhifəsidir.

Ordu.az xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 25-də Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən “Erməni vəhşəti - Xocalı soyqırımı!” mövzusunda anım tədbirində səsləndirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasimdə çıxış edərək xalqımızın tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımının acı nəticələrindən danışıb. Qeyd edib ki, misli görünməmiş bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, 613 dinc sakini qətlə yetirib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilər hətta günahsız insanlara - qadınlara, uşaqlara və yaşlılara belə aman verməyiblər. Məhz bu xüsusi qəddarlığın nəticəsidir ki, həlak olanların 106-sı qadın, 63-ü uşaq və 70-i qocadır. Bundan başqa, 487 nəfər ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Sonra Xocalı faciəsinə həsr edilən sənədli film nümayiş olunub.

Tədbirdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyəti, soyqırımı şahidləri, müharibə veteranları, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Xocalı-soyqırımı   Hərb-Tarixi-Muzeyi