" Hərbi-diplomatiya " sözünə uyğun nəticə tapıldı!

"Hərbi-diplomatiya" - (18541 )

Yaponiya Çin təhdidi fonunda adalara orta mənzilli raketlər yerləşdirib

2020/03/Type--1585463843.jpg
Oxunub: 361     12:01     29 Mart 2020    
Yaponiya Okinava prefekturasında yerləşən, Cənubi Çin dənizi yaxınlığındakı mübahisəli Senkaku adaları yaxınlığındakı Miyakojima adasına orta mənzilli raketlər və hərbi qulluqçular yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, adaya 340 hərbi qulluqçu, orta mənzilli “yer-hava”, “hava-yer” tipli və gəmi əleyhinə raket batareyaları göndərilib. Yerləşdirilən raketlərin sayı barədə məlumat verilməyib.

Qeyd olunur ki, raketlərin və hərbi qulluqçuların qeyd olunan adalara yerləşdirilməsi Çinin ərazidə artan təhdidləri fonunda baş tutub.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin