"Hərbi-Akademiya" sözünə uyğun 299 nəticə tapıldı!

Bakıda NATO-nun təlim kursu keçirilib - FOTOLAR

2019/11/1575021182.jpg
Oxunub: 502     13:08     29 Noyabr 2019    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, kurs müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzular ətrafında brifinqlər təqdim edilib, həmçinin praktiki qrup çalışmaları keçirilib.

Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   NATO