"Hərbçilərlə-Görüş" sözünə uyğun 33 nəticə tapıldı!

Petrosyan hərbçilərlə görüşündən sonra hansı razılaşmaları əldə edib? - SUALLAR

2018/11/Nikol-1543049941.jpg
Oxunub: 985     13:54     24 Noyabr 2018    
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bir ay bundan öncə parlamentdəki çıxışında bəyan edib ki, "1 Mart" hadisələri sonadək ifşa ediləcək və buna heç kəsin şübhəsi olmasın.

Paşinyanın şəxsi ambisiyaları nəticəsində, 10 illik keçmişi olan cinayət işi yenidən araşdırılmağa və bir sıra hadisələrin üstünün açılmasına başlanıldı. Bu araşdırmalar nəticəsində sabiq yüksək vəzifəli məmurlar cinayət istintaqına cəlb edildi, bəziləri həbs olundu.

Bu qalmaqallı açıqlamalar və araşdırmalar davam edərkən, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən də Ermənistana qarşı iddialar barədə hökmlərin çıxarılması ardıcıl olaraq davam edir. Bununla yanaşı bəzi əhəmiyyətli məsələlər kölgədə qalmaqda davam edir və ya bu barədə erməni ictimaiyyətinə məlumat verilmir.

Maraqlı tərəflərin yaddaşını yeniləməklə Ordu.az erməni KİV-inə istinadən bəzi əhəmiyyətli məqamları təqdim edir:

"Belə ki, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyan "1 Mart" hadisələrindən öncə, fevralın 20-də bildirirdi: "Dünən yəni, 19 fevralda və bu gün onlarla görüşmüşəm. Manvel və yenə bəzi hərbçilər hərəkata qoşulacaqlar".

Bu məqamda cinayət işinin icraatını aparan dövlət orqanı, Xüsusi İstintaq Xidmətinə qarşı indiyədək cavab verilməyən və cavab veriləcəyi də gözlənilməyən suallar meydana çıxır.

Sual 1. Levon Ter-Petrosyan hərbçilərlə nə danışıb, hansı razılaşmalar əldə edilib?
Sual 2. Həmin gün Levon Ter-Petrosyan de-yuro namizəd idi, həmin anda yekun nəticələr açıqlanmadan hərbçilərlə nə razılaşma ola bilərdi?
Sual 3. Hərbçilər namizədlə nəyi müzakirə edirdilər?
Sual 4. Doğrudanmı, hüquq mühafizə orqanları həmin məqamı araşdırıblar? Əgər araşdırıblarsa, o zaman həmin görüşdən nələr məlumdur?
Sual 5. Doğrudanmı, bu addımla ordunun siyasi proseslərə cəlb edilməsinin heç bir əlaqəsi yoxdur?

Əlbəttə, Ermənistan hüquq mühafizə orqanlarından ənənəvi ilkin araşdırma sirri deyə, bu suallara cavab gözləmək sadəlöhvlük olardı", - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   1-Mart