"Həftər" sözünə uyğun 69 nəticə tapıldı!

Həftər tərəfindən girov götürülən dənizçilər İstanbula gəlib

2019/07/libya-1562656058.jpg
Oxunub: 599     11:16     09 İyul 2019    
Liviya Milli Ordusunun rəhbəri Xəlifə Xəftər tərəfindən girov götürülən Türkiyə vətəndaşı olan 6 dənizçi Liviyanın paytaxtı Trablusdan bu gün təyyarə ilə İstanbula gəlib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dənizçiləri Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi Murat Tamer və ailələri qarşılayıb.

Dənizçilərin sözlərinə görə, girov götürülərkən internet vastəsilə əlaqə qurmaq imkanları məhdudlaşsa da, onlar lazımi yerlərə məlumat vermək imkanı qazanıblar və rəsmi Türkiyənin müdaxiləsindən sonra buraxılıblar.

“Gəmidə bir çox hadisələrlə üz-üzə gəldik, lakin bunu bildirməməyə çalışdıq. Dövlətimizə, rəsmilərimizə bizə dəstək verdikləri üçün təşəkkür edirik”, - deyə dənizçilərdən biri bildirib.

Qeyd edək ki, “Liviya Milli Ordusu” (LMO) tərəfindən girov götürülən gəmiçilər Türkiyə XİN və Müdafiə Nazirliyi rəhbərliyinin müdaxiləsindən sonra iyulun 1-də geri qaytarılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Türkiyə   LMO