"Həbs" sözünə uyğun 769 nəticə tapıldı!

“Paşinyanın “rus qorxuları”nı səsləndirməsi təhlükəli oyunun başlanğıcıdır” - Hambaryan

2019/09/62853-1568024958.jpg
Oxunub: 399     16:27     09 Sentyabr 2019    
“Sefilyanın bu açıqlamaları, eləcə də həmin gün Çuqaszyanın “əks inqilabçılar”ın ünvanına səsləndirdiyi təhdidlər təsadüfi deyildi. Əminəm ki, Paşinyanla görüşdə müzakirə olunmuş məsələlərin ən başlıcası Paşinyan və Kreml arasındakı münasibətlərdir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.

Sentybrın 6-da Ermənistanın Baş Naziri Nikol Paşinyan "Sasna Tsrer" partiyasının (bundan əvvəl silahlı qruplaşma-red.) nümayəndələri Jirayr Sefilyan və Qareqin Çuqaszyan ilə görüşüb. Paşinyanla görüşdən sonra Sefilyan müsahibə verib.

Politoloqun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Ermənistan və Rusiya arasındakı əlaqələr bir o qədər də hamar deyil.

“Bunu hətta inqilabçı eyforiyadan xilas olmamış bir çoxları da başa düşüb. Mən inqilabdan sonra erməni-rus əlaqələrində baş vermiş hadisələri açıqlamayacam. Son dövlər baş vermiş problemlərə toxunacam. Bu problemlərdən ən vacibi Ermənistanın keçmiş preziedenti Robert Köçəryanın həbs olunması məsələsidir. Bu məsələ lap əvvəldən erməni-rus əlaqələrini gərginləşdirdi. Bundan başqa Ermənistan Məhkəmə Aktlarının Məcburi İcra Komitəsinin sabiq rəisi Mihran Poğosyanın erməni hüquq-mühafizə orqanlarına təhvil verilməməsinə cavab olaraq İrəvanın Moskvaya məntiqsiz cavabları da bu problemlər sırasındadır”, - deyə o qeyd edib.

Hambaryan bildirib ki, Paşinyanın cəhdləri, onun “rus qorxuları”nı Sefilyan və digər anti-rus xadimlərin dodaqları ilə səsləndirməsi təhlükəli oyunun başlanğıcıdır və bundan təkcə Paşinyan yox, eləcə də Ermənistan əziyyət çəkəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Böhran   Paşinyan