"Gürcüstan" sözünə uyğun 751 nəticə tapıldı!

Gürcüstanın sabiq Müdafiə naziri TŞ-nin katibi təyin edilib

2019/11/izori-1573804331.jpg
Oxunub: 415     12:07     15 Noyabr 2019    
Gürcüstanın keçmiş Müdafiə naziri, hal-hazırda Dövlət Kəşfiyyat Xidmətinə rəhbərlik edən Levan İzoriya Gürcüstan Baş nazirinin milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsinə cavabdeh olan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şuranın iclasında Baş nazir Georgi Qaxaria MTŞ-nin qarşısında duran problemləri sadalayıb və katibə ilk göstərişlərini verib.

Baş nazir bildirib ki, ölkənin qarşısında duran əsas problem işğal problemidir.

O, ölkə və bölgə üçün “başqa bir ciddi problem”in kiber təhlükəsizlik olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan