" Görüş " sözünə uyğun nəticə tapıldı!

"Görüş" - (1719 )

Döyülən erməni zabitin atası etiraz edir: “Məni bu gün də dinləməsələr, kəskin addımlar atacam”

2020/03/sd456-1584004134.jpg
Oxunub: 621     13:47     12 Mart 2020    
Döyülmüş erməni polkovnik-leytenant Ara Mxitaryanın bir neçə gün bundan öncə Muratsan hospitalı qarşısında etiraz aksiyası həyata keçirən atası hazırda yaxınları və dostları ilə birlikdə Ermənistan hökumət binası qarşısında etiraz aksiyası həyata keçirir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun etirazının səbəbi oğlunu amansız şəkildə döymüş şəxslərdən birinin məhkəmənin qərarı ilə sərbəst buraxılmasıdır.

Erməni polkovnik-leytenantın atası Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüş tələb edir və qeyd edir ki, Paşinyanın məzuniyyətdə olduğunu yeni öyrənib, hökumət nümayəndələrindən biri ilə görüşmək istəyir.

O qeyd edib, əgər onu bu gün də dinləməsələr, kəskin addımlar atacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz-aksiyası