" Etiraz " sözünə uyğun nəticə tapıldı!

"Etiraz" - (707 )

Bağdadda partlayış nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb

2019/11/thumb-1573881034.jpg
Oxunub: 463     10:43     16 Noyabr 2019    
İraqın paytaxtı Bağdadda hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi Təhrir meydanının yaxınlığında baş verən terror aktı nəticəsində 6 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayıcı qurğu avtomobilin altında quraşdırılıb.

Qeyd olunur ki, partlayış noyabrın 15-də axşam saatlarında etirazların keçirildiyi Təhrir meydanının yaxınlığında yerləşən əl-Təyarən meydanında baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Partlayış