" Etiraz " sözünə uyğun nəticə tapıldı!

"Etiraz" - (707 )

Ohanyan və Xaçaturovun vəkilləri müvəkkilərinin cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırıb

2020/01/31cfb-1578645682.jpg
Oxunub: 802     13:10     10 Yanvar 2020    
Ermənistanın sabiq Müdafiə naziri, “1 Mart” cinayəti üzrə ittiham edilən Seyran Ohanyanın müdafiəçisi Karen Mejlumyan keşmiş iclasdakı yarımçıq qalan Ohanyanın təqibinin dayandırılması üçün məhkəməyə vəsatətini yekunlaşdırıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mejlumyan “yeddilik” işi üzrə mühakimə olunan və sərbəst buraxılanlara toxunaraq, belə olan halda ayrıseçkilik tətbiq olunduğunu söyləyib..

Mejlumyanın vəsatəti zamanı zərərçəkmiş tərəfin nümayəndəsi Seda Safaryan vəkilə ikinci dəfə arqument təqdim etməyə icazə verməsinə görə hakimə işarə edərək, yerindən etiraz etməklə, vəkilin çıxışına mane olmağa çalışıb. Hakim etirazları rədd edib.

Sonra, 300.1-ci maddəyə əsasən Yuri Xaçaturovun vəkili Mihran Poğosyan da cinayət təqibinə xitam verilməsi üçün belə bir vəsatət qaldırıb.

Güman edilən əməliyyat zamanı Xaçaturov paytaxt qarnizonu rəisi vəzifəsini icra edirdi. Vəkil bildirib ki, müvəkkilinin ittihamlarla nə əlaqəsi olduğu bəlli deyil.

“Nə fəaliyyət, nə də fəaliyyətsizlik aydın deyil, Yuri Xaçaturovun nədə ittiham olunduğu bəlli deyil. Həmkarımın qeyd etdiyi kimi, qanunda vəziyyəti pisləşdirəcək əks fəaliyyət yoxdur”, - deyə vəkil xatırladaraq, həm daxili, həm də beynəlxalq hüquqa istinad edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Xaçaturov   1-Mart