" Ermənsitan " sözünə uyğun nəticə tapıldı!

"Ermənsitan" - (6 )

Erməni hüquq müdafiəçiləri Müdafiə nazirinin müavinindən narazıdırlar – ƏTRAFLI

2020/03/87965-1583307435.jpg
Oxunub: 776     14:28     05 Mart 2020    
“Balayan orduda həyat hüququ və işgəncə hallarının açıqlanmamasından narahat olmalıdır, çünki bu hal illərdir davam edir və effektiv araşdırma aparılmır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Helsinki Assosiasiyası” hüquq müdafiəçisi ictimai təşkilatının vəkili Ara Qaragözyan bu gün keçirdiyi mətbuat konfransında Ermənsitan Müdafiə nazirinin müavini Qabriel Balayanın açıqlamasına toxunarkən deyib.

Xatırladaq ki, fevralın 28-də jurnalistlərlə keçirdiyi brifinqdə Balayan orduda qeyri-döyüş şəraitində baş verən ölüm hadisələrinə toxunarkən, hüquq müdafiəçilərinin dağıdıcı fəaliyyət göstərdiklərini qeyd edib.

“Məncə, bəzilərində hər bir faciəli hadisə bir ləzzət yaradır. Düşünürəm ki, hüquq-mühafizə orqanları tezliklə bu işlərlə məşğul olacaq, çünki kədəri olan bir insanın kədərini dərinləşdirməyə, fərqli hekayələr uydurmağa çalışırlar”, - deyə Balayan bildirib.

Qaragözyan hesab edir ki, illərlə hüquq müdafiəçilərinə qarşı təzyiqlər olub və onları susdurmağa çalışıblar.

“Hakimiyyət dəyişikliyindən sonra hələ də bu cür münasibətin mövcud olması təəccüblüdür, üstəlik hərbi hissələrdə şəxsi heyətin qarşısında əsgər özünə atəş edərək intihar edirsə, buna hüquq müdafiəçiləri cavabdehdirlər, bu cür məmurların hələ də olmasına təəccüb edirəm”, - deyə qəzəbli halda vəkil Qaragözyan bildirib. O əlavə edib ki, MN-in iddialarına görə orduda kriminal subkulturanın varlığında hüquq müdafiəçiləri günahkardır?

Vəkil Qaragözyan 5 il əvvəl hərbi qulluqçu Artur Hakobyanın orduda işgəncələrə məruz qaldığı və psixoloji problemlərlə üzləşdiyi bir vaxtda Balayanın harada olması ilə bağlı məsələ qaldırıb.

“Bu günədək həmin hərbi qulluqçunun təqaüdlə təmin edilməsi üğrunda mübarizə aparırıq, çünki hadisə orduda baş verib. Keçmiş hakimiyyət dövründə polis əməkdaşları qara geyimli erməni əsgərləri analarını küçədə ora bura çəkişdirib sürüyərkən, Qabriel Balayan nə ilə məşğul idi? Yəni, bütün bunların günahkarları hüquq müdafiəçiləridir?”, - deyə o bildirib.

Erməni vəkil vurğulayıb ki, hüquq müdafiəçiləri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görmək əvəzinə, belə çıxır ki, müdafiə nazirinin müavini hüquq müdafiəçilərinin fəaliyyətini qəbul edə bilmir və dağıdıcı adlandırır, bu isə yolverilməzdir.

Daha sonra Qaragözyan qeyd edib ki, əgər çağırışçının sağlamlığında problem olubsa niyə orduya aparılıb, yox əgər bu xəstəlik hərbi hissədə baş qaldırıbsa niyə zəruri tibbi yardım göstərilməyib?

Onun sözlərinə görə, bu cür hallardan sonra Ermənistan MN bəyanat yayaraq qeyd edib ki, ordu güclülər üçündür.

“Bu açıqlama, bu cür hallarla rastlaşan hərbi qulluqçuların ailələri üçün sadəcə tərs bir sillə idi. Ordu güclülər üçündür demək, nə deməkdir? Belə çıxır ki, kim fiziki və ya psixoloji cəhətdən zəifdirsə orduya çağırılmamalıdır? Əgər zəiflər orduya çağırılıbsa, MN onları gücləndirməlidir, elə deyilmi? Əgər adam zəifdirsə, demək güclülər tərəfindən alçaldılmalara məruz qalmalıdır?”, - deyə Qaragözyan narahatlığını ifadə edib.

Ermənistanda nazir müavini səviyyəsində belə bir açıqlamanın verilməsinin məqsədinin nədən ibarət olduğunu anlamaqda hüquq müdafiəçiləri çətinlik çəkdiklərini qeyd ediblər. Ancaq illər boyu hüquq müdafiəçilərinin hədəf alındıqlarını qeyd ediblər.

“İllərdir hüquq müdafiəçiləri, xüsusilə də orduda olan problemləri qaldırdıqda hədəf alınıb və ləkələniblər. Onları müxtəlif cür, o cümlədən “Azərbaycan dəyirmanına su tökənlər”, “dövlətin əsasını sarsıdanlar”, “dövlətçiliyə qarşı fəaliyyət göstərənlər” və başqa şəkildə adlandırıblar”, - deyə hüquq müdafiəçisi Zara Hovhanisyan bildirib.

Hovhanisyanın sözlərinə görə, nazir müavini səviyyəsində belə bir açıqlamanın verilməsi ilk növbədə, problemi etiraf etməmək, həll yollarını tapmağa cəhd göstərməmək, bu ölüm faktlarının yüksək göstəricilərinin nədən qaynaqlandığını aşkarlamaq üçün dərin təhlil aparmamaq məqsədilə özünü müdafiə reaksiyasıdır.

“Sülh dialoqu” ictimai təşkilatın sədri Edqar Xaçatryanın sözlərinə görə, Balayan açıqlama yolu ilə cəmiyyət arasında hüquq müdafiçilərinə qarşı ciddi etimadsızlıq formalaşdırır.

Xaçatryan qeyd edib ki, hüquq müdafiəçilərini çox vaxt “əks-inqilabçı”, guya hakimiyyətə yardım etmədikləri və köhnəlmiş problemləri qaldırdıqları kimi təqdim edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: