"Ermənistan-ABŞ" sözünə uyğun 867 nəticə tapıldı!

Paşinyan-Mikaelyan səssiz qarşıdurması yeni təkan ala bilər

2019/09/nikol-1569835825.jpg
Oxunub: 439     14:02     30 Sentyabr 2019    
Paşinyan-Sasun Mikaelyan səssiz qarşıdurması yeni təkan ala bilər. Məsələ burasındadır ki, Paşinyan fikirləri ilə razılaşmağa və ya razı olmağa cəsarət edənlərin hamısına dözmür. Sonuncu belə parlaq nümunə, ona qarşı çıxmağa cəsarət edən Sasun Mikaelyandır.

Xatırladaq ki, ABŞ-da olan Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyana cavab verərək, Vanetsyanın açıqlaması ilə “paqonlarını zibil qabına atdığını” söylədi. Bunun ardınca Sasun Mikayelyanın sərt cavab verərək, hər kəsə, o cümlədən Paşinyana da MTX-nin keçmiş rəhbərinin, onunla birlikdə yol keçdiyini, dostu olduğunu və dostu qalacağının xatırlatdı. Sonra isə özünün də paqon daşıdığını heç kimin “paqonlarını zibil qabına atması” deməyə haqqı olmadığını bildirib. Paşinyanı tanıyanlar çox yaxşı bilirlər ki, belə bir bəyanat nəticəsiz qala bilməz. Mikaelyanın da bu barədə məlumatlı olduğu ehtimal olunur.

Məlumata görə, Mikayelyan öz yaxın ətrafında bildirib ki, başqa heç nə deyə bilməzdi, belə bir açıqlama verməklə ilk növbədə orduda xidmət etməyənlərin dəyərini bilmədikləri paqonlarını müdafiə edib.

Erməni mediasında yer alan məlumatlara görə, Paşinyan hələ ABŞ-da olarkən yaxın partiya üzvlərinə zəng edərək geri dönənə qədər itaətsiz partiya üzvlərinə və deputatlara qarşı ayıq olmağı tapşırıb.

“Mənim addımım” fraksiyasından əldə edilən məlumata görə, Paşinyan, Sasun Mikaelyanın məsələsini fraksiya daxilində onlara etibar etmədiyi üçün müzakirə etməyib, buna görə də bunu bir neçə etibar etdiyi partiya üzvü Hakob Simidyan, Lilit Makunts, Ruben Rubinyan, Tiqran Avinyan və Eduard Ağacayanla müzakirə edib.

Mikaelyanı cəzalandırmaq üçün heç bir yol hələlik müəyyən edilməyib, çünki onu partiyadan çıxara bilməzlər, ona görə ki, Mikaelyan Vətəndaş Müqaviləsi partiyasının qurucularından biridir və ikincisi, partiyanın qaydalarını pozmayıb.

Qeyd edək ki, Vətəndaş Müqaviləsi partiyasının Nizamnaməsinə əsasən partiya üzvləri partiyanın proqramına zidd hərəkətlərə görə intizam məsuliyyətinə cəlb edilə bilər. Mikaelyanın açıqlaması, hətta istəsə də, bu müddəa çərçivəsində edilən hərəkətlərin heç birinə uyğun gəlmir.

Ermənistan hakimiyyətinin dar çevrədə müzakirə etdiyi növbəti “cəza” Mikayelyanın “Yerkrapah” hərbi təşkilatının rəhbəri vəzifəsindən azad edilməsidir.

Ancaq “Yerkrapah” seçkili bir qurum olduğu üçün bu da istisna edilir. İndiki məqamda isə “Yerkrapah” daxilində Mikayelyana ən azı qarşı çıxanlar yoxdur. Yəni Paşinyan hələ də “itaətsiz” Mikayelyanı cəzalandırmaq üçün bir yol tapa bilmir.

Yeri gəlmişkən, mənbələrin məlumatına görə, Paşinyan bu mövzuda Mikaelyanla danışmayıb. Məsələ burasındadır ki, Paşinyan bu gün partiyasının bəzi üzvləri ilə birlikdə həqiqətən tək qalıb və heç kim etibarlı insanların dairəsinin getdikcə daraldığını söyləməyə cəsarət etmir, çünki baş nazir Paşinyan əlindən gələni edə biləcəyini və deyə biləcəyini, digərlərinin isə bunu edə bilməyəcəyini düşünür.

“Mənim addımım” fraksiyasında onlara düşmən münasibət bəsləməyən insanları tapmağın artıq çətin olduğuna dair şikayətlər var, çünki Paşinyan hər kəsə meydan oxuyur, hamını bir-birinə qarşı qoyub. Məlumata görə, ona qarşı çıxan komanda yoldaşlarını cəzalandırmaq üçün Paşinyanın öz üsulu var. Dərhal onlara məxsus obyektlərdə vergi yoxlamalarının başlamasına göstəriş verir.

Buna parlaq bir nümunə olaraq, Amulsar layihəsinin həyata keçirilməsində Paşinyana qarşı çıxmağa cürət edən “Mənim addımım” fraksiyasının üzvü Varazdat Karapetyanı göstərirlər.

Karapetyanın açıqlamalarından dərhal sonra vergi orqanları Göyçə gölü sahilində yerləşən millət vəkilinə məxsus obyektlərdə yoxlanışa başladı.

Ancaq Karapetyan israr edir ki, Amulsar mədəninə münasibəti müxalifət lideri Paşinyanın açıqlamalarına tamamilə uyğundur və o, baş nazir olandan sonra Paşinyanın həm bu, həm də bir çox məsələlərdə mövqeyini dəyişməsinə görə günahkar deyil.

Beləliklə, Ermənistanın hakim “Mənim addımım” fraksiyasında və Vətəndaş Müqaviləsi partiyasının daxilində yığılan fikir ayrılıqları, çaxnaşmalar uzun müddət gözardı edilə bilməz, buna görə Paşinyan “üsyançı” partiyalar və komanda yoldaşları ilə görüşməkdən çəkinərək, keçmiş Paşinyanın dediklərindən sitat gətirilməklə bir çox məsələlərdə qarşı-qarşıya qalacağını yaxşı bilir. Çoxları bu görüşü səbirsizliklə gözləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mikayelyan   Böhran   Yerkrapah