Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Hayarpi Sarkisyan dekabrın 2-də işğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqeyində ölmüş müddətli yezidi hərbi qulluqçu Artur Acamyanın intiharı haqqında danışarkən bildirib.
O, müxtəlif KİV-lərdə yayılan məqalələrin reallığa uyğun gəlmədiyini vurğulayıb.
"Hesab edirəm, icraatı həyata keçirən orqan bu nəşrlərə çox düzgün maraq göstərəcək. Artur Acamyan və güllə yarası almış Davit Harutyunyanın aldığı xəsarətlərdən aydın olur ki, onların arasında fikir ayrılıqları olmayıb", - deyə Sarkisyan qeyd edib.
O, həmçinin yezidi əsgərin atəşkəs pozuntusu nəticəsində ölməsi versiyasını da inkar edib.
Alpər Mövludoğlu
Ordu.az