" Elektron-Müharibə " sözünə uyğun nəticə tapıldı!

"Elektron-Müharibə" - (661 )

Rusiyalı hərbi ekspert: “Hindistan silahları xüsusi keyfiyyətə malik deyil”

2020/03/1-1583473947.jpg
Oxunub: 1125     16:32     10 Mart 2020    
Ötən həftə Hindistan mediası Hindistanın 40 milyon dollarlıq 4 radar stansiyasının tədarükü üzrə tenderi qazandığı barədə çox maraqlı məlumatlar yaydı. Məlumata görə, Ermənistan və Hindistan tərəfləri arasında müvafiq müqavilə imzalanıb və Hindistan artıq Ermənistana radar stansiyalarının tədarükünə başlayıb. Eyni zamanda Polşa və Rusiya ilə mübarizədə Hindistanın Ermənistana radar sistemlərinin satılması tenderini qazanması diqqətçəkən məqamdır.

Müqavilədə Ermənistana 4 ədəd “Swathi” tipli radarların tədarükü nəzərdə tutulur. Hindistan ordusu Kəşmirdəki təmas xəttində bu sistemlərdən istifadə edir. Bu sistemlər rəqibin artilleriya mərmilərinin hərəkətini lokallaşdırmaq üçün hazırlanıb. Radar sistemi Dövlət Elektron Tədqiqat və Radiolakasiya İnkişaf İnstitutu tərəfindən hazırlanıb.

Hindistan mətbuatı hələ 2017-ci ildə Ermənistanın bu radarları hazırlayan şirkətin radar stansiyalarına maraq göstərdiyini yazırdı. Həmin vaxt məlumatın rəsmi təsdiqi olmadı.

Hindistan istehsalı olan radar sistemi sınaq məqsədilə 2018-ci ildən bəri Pakistandan gələn artilleriya atəşinin aşkarlanması üçün Pakistanla sərhəddə yerləşdirilib.

Hindistan saytları isə yazır ki, Ermənistan Rusiya və Polşa sistemlərini də sınaqdan keçirib, amma nəticədə Hindistan sistemini seçib. Sazişin bir hissəsi olaraq Nyu Dehli İrəvana 4 belə sistem tədarük edəcək. Saziş Hindistanın hazırkı hökumətinin “Make in India” təşəbbüsü çərçivəsində həyata keçirilir.

Ordu.az xəbər verir ki, Ermənsitanın “Araçin Lratvakan” nəşri rusiyalı hərbi ekspert, Moskva Siyasi və Hərbi Təhlil Mərkəzinin direktor müavini Aleksandr Xramçixindən məsələ ilə bağlı müsahibə alıb.


- Cənab Xramçixin, Ermənistan-Hindistan hərbi əməkdaşlığı haqqında nə bilirsiniz, silahlı qüvvələrimiz niyə belə radarlara ehtiyac duyur? Geniş mənada bu saziş Ermənistan və Hindistan arasında hərbi əlaqələrin inkişaf perspektivlərinin olması deməkdirmi? Bu yeni bir istiqamət sayıla bilərmi?

- Nə üçün nəzərdə tutulubsa, buna görə də lazımdır. Burada hər şey aydındır. Bunun yeni bir istiqamət olub-olmadığına gəlincə, bəli, bu yeni bir istiqamət ola bilər. Hindistan bir tərəfdən demək olar ki, hər şeyi istehsal etsə də, digər tərəfdən Hindistan silahları xüsusi keyfiyyətə malik deyil. Buna baxmayaraq, bu radarlar Ermənistan üçün faydalı ola bilər. Ancaq necə deyərlər, istifadə etmədiyim üçün dəqiq deyə bilmərəm.

- Kütləvi informasiya vasitələri bu yerləşmə yerini müəyyənetmə sistemlərinin rəqib artilleriya mərmilərini hərəkətini lokallaşdırmaq üçün yaradıldığını yazır. Yəni bu o deməkdir ki, belə radarlar da olur?

- Bəli, əlbəttə ki, belə radarlar uzun müddətdir mövcuddur və Ermənistan üçün xüsusilə aktualdır, çünki Ermənistan hər iki tərəfdən quruda artilleriya atəşinin geniş tətbiqinə hazırlaşır.

- Bu mövzu eyni zamanda bəzi ekspertlərin fikrincə, Ermənistan və Hindistanın ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensiala malik olması və hətta bəzi strateji istiqamətləri baxımından da maraqlıdır. Məsələn Hindistanın Pakistanla münaqişə şəraitində olduğu, Ermənistanla münaqişədə olan Azərbaycanın isə Pakistanın müttəfiqi olduğunu əsas gətirərək inkişaf etdirə bilər. Bu sahədə Ermənistanla Hindistan arasındakı maraqların ciddi şəkildə üst-üstə düşməsi faktı mövcuddur. Bu yanaşma ilə bağlı perspektivlər varmı?

- Bəli, bəli. Siz, artıq demək olar ki, hər şeyi söylədiniz. Pakistan Azərbaycanla hərbi əlaqələri inkişaf etdirdikcə, Ermənistan da buna mütənasib cavab verir. Ancaq təkrar edə bilərəm ki, Hindistan silahları xüsusi keyfiyyətləri ilə seçilmir. Hindistan, demək olar ki, dünyanın hər şeyi istehsal edən azsaylı ölkələrdən biridir. Məsələn, 1970-ci illərdən bəri “Arçun” tipli tanklar istehsal edirlər və bu günə qədər də elə bir çox irəliləyiş əldə etməyib. “Tejas” qırıcıları da 1970-ci illərdən bəri istehsal olunur, amma yenə də bir o qədər yaxşı alınmır. Bu sıranı kifayət qədər uzada bilərəm. Yəni onların normal silahları yalnız xarici lisenziyaya əsasən istehsal etdikləri şeylərdir.

- Hindistan Rusiyadan da silah alır?

- Bəli, silahlanmasının, hərbi texnikasının əksəriyyəti hələ də Sovet-Rus silahlarıdır. Baxmayaraq ki, bu yaxınlarda silah-sursat və hərbi-texniki münasibətlərini xeyli şaxələndiriblər. Lakin şaxələndirməsinə baxmayaraq Hindistan Rusiya silahlarının əsas alıcısıdır.

- Ermənistanın müdafiə naziri Çinə səfər edərkən, Ermənistan-Çin hərbi münasibətləri şəraitində olduğu kimi, Ermənistanın digər tərəfdaşlarla hərbi əməkdaşlığına Rusiya qısqanclıqla yanaşa bilərmi?

- Rusiya, əlbəttə ki, Hindistanla bu rəqabətdə uduzmasına haqq qazandırmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Radar   Xramçixin