"Deyr-əz-Zor" sözünə uyğun 194 nəticə tapıldı!

Suriya ordusu Həmada əməliyyatlar keçirib

2018/12/13970-1544431586.jpg
Oxunub: 625     12:45     10 Dekabr 2018    
Son 24 saat ərzində Suriya ordusu Həmanın şimalı və İdlibin cənub-şərqindəki hərbsizləşdirilmiş zonada terrorçuların fəaliyyətlərinə cavab olaraq əməliyyatlar keçirib.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, Suriya ordusunun artilleriya bölmələri Həmanın şimal-qərbindəki Bardic kəndində terrorçuları atəşə tutub. Ağır itki verən terrorçular geri çəkilməyə məcbur olub.

Bundan başqa Hələb və Deyr əz-Zor vilayətlərində də əməliyyatlar keçirilib. Hələbdəki hərbi əməliyyatlar zamanı aralarında komandirlərindən Məhəmməd əl-Fateh də olmaqla xeyli sayda terrorçu təslim olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-ordusu   Həma