" Daxili-Qoşunlar " sözünə uyğun nəticə tapıldı!

"Daxili-Qoşunlar" - (2024 )

Erməni politoloq: “Ermənistan hakimiyyəti daxili hökumət problemlərini həll etmək üçün cəmiyyəti parçalayır”

2020/03/56-15-1584163447.jpg
Oxunub: 605     10:32     14 Mart 2020    
“Suriyadakı Türkiyə-Rusiya gərginliyi Qarabağ probleminə təsir edə bilər. Ermənistan hakimiyyəti və ictimaiyyəti müxtəlif növlü ssenarilərə hazırdır?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanda bəziləri düşünür ki, Aprel döyüşləri daha böyük həcmdə təkrarlanmalıdır.

“Çünki Rusiya Qarabağın təhlükəsizliyi sisteminə birbaşa şəkildə cəlb olunmayıb, bu, zəif halqadır. Qarabağdan fərqli olaraq, Rusiyanın Suriyada nüfuzu var”, - deyə Tevanyan bildirib.

“Bəli” təbliğatı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın səsləndirdiyi “Serj Sarkisyan hakimiyyəti $42 milyon verib, silah alıb, işləmir, ümumiyyətlə heç bir şeyə yararlı deyil, yalnız metal qırıntılarıdır” bəyanatını şərh edərkən Tevanyan bu cür təsviri yolverilməz qiymətləndirib.

Tevanyanın sözlərinə görə, Ermənistan hakimiyyəti daxili hökumət problemlərini həll etmək üçün cəmiyyəti də parçalayır və bu, birbaşa şəkildə Ermənistanın təhlükəsizliyinə zərbə vurur.

“Ölkəmiz daxilində hökm sürən vəziyyət Qarabağda mümkün hərbi əməliyyatlardan, zərərli koronavirusun yayılmasından daha böyük problemdir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   İşğal