" DARPA " sözünə uyğun nəticə tapıldı!

"DARPA" - (83 )

“DARPA”dan yeni nəsil “VİSAR” radarı

2017/10/1_1508497878.jpg
Oxunub: 3344     19:09     20 Oktyabr 2017    
2017-ci ilin sentyabr ayında Pentaqonun perspektiv tədqiqat proqramlar İdarəsi olan DARPA mütəxəssisləri tərəfindən yeni nəsil “ViSAR” (Synthetic Aperture Radar) radarının işlənib hazırlanması başa çatdırılıb. Mütəxəssislər radarın ilk uçuş testlərini müvəffəqiyyətlə həyata keçirib.

“VİSAR” radarlarının ənənəvi radarlardan fərqi yer səthində baş verən hadisələri real zamanda, məhdud görmə şəraitində belə yüksək dəqiqliklə çəkilişlər apara bilməsidir. Atmosferdə baş verən duman, hava tutqunluğu və buna bənzər digər hallar radarın aydın və dəqiq çəkiliş aparmasına mane olmur. Pentaqonun Strateji Texnologiyalar İdarəsinin direktoru Bryus Uollasın bildirdiyinə görə, “VİSAR”ın sınaqlarında ilk dəfə buludda və ondan yuxarıda uçarkən real zamanda, fasiləsiz və keyfiyyətli görüntülər əldə etməyə imkan verib. Əvvəlki təcrübələr və sınaqlar zamanı adi elektrooptik və infraqırmızı (EO/İR) radarların tozlu və dumanlı havalarda çəkilişləri süd rəngində və çox açağı keyfiyyətdə alınırdı. İndi isə, “VİSAR” radarlarının köməyi ilə bu problem kökündən həll edilib. Hazırda, bu radarlar vasitəsilə, yer səthində kiçik obyektlər belə istənilən məhdud görmə şəraitində izlənilir və nəzarətdə saxlanılır.



Məlumatlara görə, “VİSAR” proqramının işlənməsinə DARPA 2013-cü ildən etibarən başlayıb. Mütəxəssislərin məqsədləri millimetrlik diapazonda çalışan, yüksək tezlikli radar sensoru icad edərək, onun şüaları vasitəsilə duman, bulud və ya toz qatından keçərək elektrooptik və infraqırmızı (EO/İR) radarların açıq və təmiz havada çəkdiyi görüntülərdən keyfiyyətcə fərqlənməyən və geri qalmayan görüntülər əldə etmək idi.



Yeni “VİSAR” radarlarının konstuksiyasında elm və texnologiyanın son nailiyyətlərindən geniş istifadə edilib. Əlavə olaraq, bu tip radarlarada istifadə olunan şüayayan, qəbuledici və diapazon gücləndiricilər yeni bir formatda təqdim olunub. İlk dəfə, məhdud görmə şəratində radar məlumatları əsasında ərazinin üçölçülü xəritələrinin tərtib olunması yüksək dəqiqliklə icra edilib. İstehsalçı şirkətin açıqlamdığı lakin bu tip radarlara xas olan alqoritm proqramının da tam dəyişərək yeni versiyasından istifadə edildiyi ehtimal olunur.

Sözügedən proqramın reallaşdırılmasında planının növbəti mərhələsi “Uçan Komanda Məntəqəsi” olacaq. “VİSAR” radarı ilə təchiz edilən “C-47” təyyarələri real zamanda, məhdud görmə şəraitində döyüşün havadan idarə edilməsinə, nəzarətdə olan butun ərazilərdə döyüş əməliyyatlarının bütün element və aspektlərini effektiv əhatə etməyə imkan verəcək.



Yuxarıda göstərilən keyfiyyətlərə malik “VİSAR” radarlarının öz sinifində texnologiyanın ən son nailiyyətlərinə malik olması, ölkəmizin bu sahəyə cavabdeh şəxslərinin də diqqəti cəlb edəcəyi gözləniləndir. Dağlıq Qarabağda coğrafi quruluş, iqlim şəraiti, yüksək dağların idarəetmədə yaratdığı problemləri, aviasiyanın məhdud görmə şəratində istifadəsinin effektivliyinin aşağı düşməsini və s. çətinlikləri nəzərə alarsaq, bu növ radarların bizim üçün çox vacib və əhəmiyyətli olduğunu görərik.

Hərbi ekspert Ədalət Verdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: #Pentaqon   #Darpa